ABŞ Rusiyanın BMT Təhlükəsizlik Şurasında bəyanatla çıxış etməsinin qarşısını alıb

ABŞ Rusiyanın BMT Təhlükəsizlik Şurasında bəyanatla çıxış etməsinin qarşısını alıb
# 05 oktyabr 2016 11:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ABŞ-ın BMT-dəki nümayəndəliyi Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulması ilə bağlı BMT Təhlükəsizlik Şurasında bəyanatla çıxış etməsinin qarşısını alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya daimi nümayəndəliyindən bildirilib ki, bu məsələdə amerikalılara ingilislər və ukraynalılar dəstək verib.

Rusiya tərəfi həmin ölkələrin diplomatik məsələlərlə bağlı Venesiya Konvensiyasını pozduqlarını bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Kremlin ABŞ-ın bu hərəkətinə çox mənfi yanaşdığını deyib.

Xatırladaq ki, oktyabrın 3-də silahlı şəxslər Rusiyanın Dəməşqdəki diplomatik nümayəndəliyinə minaatanlardan atəş açıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR