Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadının məhkəməsi davam etdirilib

Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadının məhkəməsi davam etdirilib
# 25 aprel 2016 14:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Səbinə İmanova özünü təqsirli bilib, deyib ki, keçmiş həyat yoldaşı onu döydüyü üçün əsəbiləşib və hadisəni törədib.

Zərərçəkənin hüquqi varisi Rüfət Məmmədov isə ifadəsində bildirib ki, Səbinə İmanova mərhumdan əl çəkməyib. O, məhkəmədən ən ağır cəzanın verilməsini istəyib. Məhkəmə prosesi mayın 2-də davam edəcək.

Qeyd edək ki, Səbinə İmanova keçmiş əri olan Adil Məmmədovu münaqişə zəminində bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR