Türkiyə səfirliyinin əməkdaşları Türk şəhidliyini ziyarət ediblər

Türkiyə səfirliyinin əməkdaşları Türk şəhidliyini ziyarət ediblər
# 30 avqust 2016 08:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyənin 30 avqust - Zəfər bayramı münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı Türk şəhidliyini ziyarət ediblər.

APA-nın məlumatına görə, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra səfirliyin müvəqqəti işlər vəkili Meral Barlas şəhidlikdəki abidə önünə əklil qoyub və xatirə kitabına ürək sözlərini yazıb.



O bildirib ki, Azərbaycanın ən çətin günlərində yanında olan bu əsgərlər Türkiyə və Azərbaycanın sarsılmaz əlaqələrinin memarıdır. Onun sözlərinə görə, iki ölkənin qardaşlığı belə güclü təməl üzərində qurulub. Meral Barlas Zəfər bayramının Türkiyə tarixinin ən şanlı səhifələrindən olduğunu vurğulayıb.

Daha sonra səfirlik əməkdaşları türk əsgərlərinin qəbirləri önünə gül qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR