QMİ sədri: “Başqa dövlətlərin xadimlərinin işimizə qarışmasına imkan yaratmamalıyıq”

QMİ sədri: “Başqa dövlətlərin xadimlərinin işimizə qarışmasına imkan yaratmamalıyıq”
# 30 sentyabr 2016 10:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Görürəm, bəziləri narahat olur, mənə bəzi ölkələrdən gələn turistlərlə bağlı sual verirlər. Mən turist axınının əleyhinə deyiləm, ümumi inkişafın tərəfdarıyam”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Amma gələn adamlar bizim daxili işimizə, dini məsələlərimizə qarışırlarsa, bəzi fikirləri söyləyirlərsə ki, hansısa məsələlər düzgün deyil, bu, bizə gələcəkdə böyük çətinliklər yarada bilər. Ola bilsin ki, bu gün biz onu görməyək. Amma 5-10 ildən sonra bu, cavanlarımıza öz təsirini göstərə bilər. Bunun qarşısını almaq lazımdır və buna qarşı dövlətin tədbiri olmalıdır. Bizim mənəvi həyatımızı itirməyə ixtiyarımız yoxdur. Bizim nəyimiz varsa, Azərbaycanındır. Mən sünni kimi, şiə kimi yaşayıramsa, bu, mənimdir. Xalqım bunu bəyənib, başqa dövlətlərin xadimlərinin, siyasətçilərin işimizə qarışmasına imkan yaratmamalıyıq”, – deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR