Zərdabda özünü ağzından güllələyən 23 yaşlı oğlan sağ qalıb

Zərdabda özünü ağzından güllələyən 23 yaşlı oğlan sağ qalıb
# 11 mart 2016 07:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Zərdab sakini özünü güllələyib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Rahim Əhmədli ov tüfənginin lüləsini ağzına dirəyərək atəş açıb. Nəticədə o, ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə atdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR