"Moody's" Britaniyanın reytinqi üzrə proqnozunu “mənfi”yə endirib

"Moody
# 26 iyun 2016 02:39 (UTC +04:00)

Bakı - APA. "Moody's" beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra ("Brexit") krallığın suveren reytinqi üzrə proqnozunu "stabil"dən "neqativ"ə endirib.

APA-nın agentliyin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, emitentin uzunmüddətli reytinqi və borc öhdəlikləri üzrə reytinqləri "Aa1" səviyyəsində təsdiqlənib. Eyni zamanda reytinqlər üzrə proqnoz "neqativ" səviyyəyə endirilib.

Proqnozun "neqativ" səviyyəyə salınmasına səbəb "Brexit"dən sonra Britaniyanın iqtisadi inkişafının zəifləməsi ehtimalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR