BMT-də Şimali Koreya ilə bağlı görüş keçiriləcək

BMT-də Şimali Koreya ilə bağlı görüş keçiriləcək
# 15 sentyabr 2016 02:28 (UTC +04:00)

Bakı-APA. BMT Baş Assambleyası çərçivəsində Şimali Koreyanın son nüvə sınağı ilə bağlı görüş keçiriləcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.

“Dövlət katibi Con Kerri sentyabrın 18-də Yaponiya və Cənubi Koreya XİN rəhbərləri Fumio Kisida və Yun Byönse ilə üçtərəfli görüş keçirəcək. Tərəflər Şimali Koreyanın sentyabrın 9-da həyata keçirdiyi nüvə sınağı ilə əlaqədar müzakirələr aparacaq. ABŞ mühüm müttəfiqləri ilə birgə regional və qlobal prioritetlər üzrə sıx əməkdaşlığı davam etdirəcək”, məlumatda vurğulanır.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası 13-26 sentyabrda Nyu-yorkda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR