Sabunçuda yanğın olub

Sabunçuda yanğın olub
# 15 iyun 2016 16:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakının Sabunçu rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, rayonun Maştağa qəsəbəsindən Ramana qəsəbəsinə gedən yolun üstündəki qamışlıq sahə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, yanğının digər ərazilərə keçirilməsinin qarşısı alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR