Azərbaycanlı alimlər Sankt-Peterburqda “Şərq numizmatikası” konfransında iştirak edəcəklər

Azərbaycanlı alimlər Sankt-Peterburqda “Şərq numizmatikası” konfransında iştirak edəcəklər
# 26 sentyabr 2016 10:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov -APA. 26-29 sentyabr tarixlərində Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı muzeyində “Şərq numizmatikası” mövzusunda konfrans keçiriləcək.

APA-nın Rusiya bürosunun məlumatına görə, konfransda Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fondunun şöbə müdiri, professor Əli Rəcəbli, AMEA İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov və Sankt-Peterburq şəhərində yaşayan soydaşımız, tarix elmləri namizədi Anar Sadıxov iştirak edəcək.


Sentyabrın 29-da Ə. Rəcəbli “XVII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında sikkələrin kəsilməsi və pul dövriyyəsi” mövzusunda çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR