Bakı. Məlahət Nəcəfova-APA. Tiflisdə ATƏT Parlament Assambleyasının illik sessiyasının plenar iclası başlayıb.
APA-nın məlumatına görə, iclasda Gürcüstan parlamentinin spikeri David Usupaşvili çıxış edib.
Həmçinin plenar iclasda Gürcüstanın prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili, ATƏT PA-nın prezidenti İlka Kanerva və ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerin çıxışı gözlənilir.
Xatırladaq ki, illik sessiya iyulun 5-dək keçiriləcək. Sessiyada Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr də olacaq.