Müdafiə naziri Zakir Həsənov ön xətdə yerləşən hərbi hissələrdə olub

Müdafiə naziri Zakir Həsənov ön xətdə yerləşən hərbi hissələrdə olub
# 11 mart 2016 07:59 (UTC +04:00)

Bakı-APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR