BQXK Azərbaycana keçən Ermənistan vətəndaşı haqqında məlumatlandırılıb

BQXK Azərbaycana keçən Ermənistan vətəndaşı haqqında məlumatlandırılıb
# 15 avqust 2016 10:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan hakimiyyət nümayəndələri Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) beynəlxalq sərhədi keçərək Azərbaycan ərazisinə daxil olan Ermənistan vətəndaşı haqda məlumatlandırıblar”.

Bunu APA-ya açıqlamasında BQXK Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, BQXK öz mandatına uyğun məsələni diqqətdə saxlayacaq.

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR