Azərbaycan MN: Ermənistan itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb

Azərbaycan MN: Ermənistan itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb
# 08 aprel 2016 13:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər.

Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da bunlar cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR