Dövlət Gömrük Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edəcək
# 23 aprel 2016 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev aprelin 29-da saat 11:00-da Şəki şəhərindəYevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında (Heydər Əliyev prospekti 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şəki, Mingəçevir, Oğuz, Qəbələ rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 28-i saat 11:00-dək “195” ÇağrıMərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR