Mədət Quliyev Zaqatala ictimaiyyəti ilə görüş keçirib - YENİLƏNİB

Mədət Quliyev Zaqatala ictimaiyyəti ilə görüş keçirib - <span style="color: red;">YENİLƏNİB
# 30 yanvar 2016 16:19 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Zaqatalada ictimaiyyət nümayəndələri ilə görüş keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, millət vəkili, rayonun hüquq-mühafizə orqan əməkdaşları, bələdiyyə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, sahibkarlar iştirak ediblər.

Rəsmilər ilk öncə Heydər Əliyev mərkəzi ilə tanış olub, ümummilli liderin abidəsi önünə tər çiçəklər qoyublar.

Görüşdə ilk öncə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə son illər dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycana təsirindən danışıb. Bildirilib ki, qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır. Rayonda əhalinin məşğulluğunu təmin etmək məqsədilə maldarlığın, əkinçiliyin, bostan-tərəvəz məhsullarının, çayçılığın, tütünçülüyün inkişaf etdirilməsi barədə təkliflər müsbət qarşılanıb və bu istiqamətdə işlərə başlanılıb.

Dövlət Təhıükəsizlik Xidmətinin rəisi Mədət Quliyev isə bildirib ki, 2008-ci ildən dünyada başlayan iqtisadi böhran 2015-ci ilədək Azərbaycana təsir etməyib. Lakin dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası ölkəmizdə də bir sıra problemlər yaradıb.

M. Quliyev əhalinin sosial müdafiəsini maksimum təmin etmək məqsədilə prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təkliflər paketinin təqdim olunduğu barədə görüş iştirakçılarına məlumat verib. Vurğulayıb ki, dövlətimizin başçısının imzaladığı sərəncamlara əsasən pensiya və müavinətlərin, büdcədən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırılması insan amilinin dövlət siyasətinin mərkəzində dayandığını göstərir.

Görüşdə çıxış edən sahibkarlar, ictimaiyyət nümayəndələri dövlət başçısının anti-böhran tədbirlərini dəstəklədiklərini bildiriblər. Çıxışlarda əmək haqlarının, pensiya və müavinətlərin artırılmasına görə prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.

SAAT 15:05

Zaqatala. Vüqar Heydərov - APA. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Zaqatalada görüş keçirir.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, sahibkarlar iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR