Soçidə QDİƏT XİN rəhbərlərinin görüşü keçiriləcək

Soçidə QDİƏT XİN rəhbərlərinin görüşü keçiriləcək
# 28 mart 2016 14:59 (UTC +04:00)

Bakı - APA. İyulun 1-də Soçidə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər yayıb.

QDİƏT xarici işlər nazirləri Şurasının iclasında Rusiyanın QDİƏT-ə sədrliyi ilə bağlı işlərin nəticələri müzakirə olunacaq.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb. Təşkilatda 12 dövlət - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR