Göygöldə avtomobil aşıb, sürücü ölüb

Göygöldə avtomobil aşıb, sürücü ölüb
# 12 iyun 2016 16:05 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə sürücünün ölməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon Əliyaqubli kənd sakini, 1943-cü il təvəllüdlü Ağamməd Allahverdiyev idarə etdiyi “VAZ21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR