Cavid Qurbanov: "Bakı-Sumqayıt elektrik qatarı ilə bir sərnişinin daşınmasının maya dəyəri 6 dollardır"

Cavid Qurbanov: "Bakı-Sumqayıt elektrik qatarı ilə bir sərnişinin daşınmasının maya dəyəri 6 dollardır"
# 09 iyun 2016 12:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycanda dəmir yolu sahəsində sərnişindaşımada qiymət artımı gözlənilmir".


"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Sərnişindaşımada qiymətlər müəyyənləşib, heç bir dəyişiklik olmayacaq. Bir daha deyirəm ki, ölkə başçısının tapşırığıdır və bu məsələlərə hələlik baxmırıq. Əslində, Bakı-Sumqayıt elektrik qatarı ilə 1 sərnişinin daşınmasının maya dəyəri 6 dollardır. Biz isə 1 sərnişinə bileti 80 qəpiyə satırıq", - deyə C. Qurbanov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR