Gürcüstanın Azərbaycanda yeni hərbi attaşesi müdafiə nazirinə təqdim olunub

Gürcüstanın Azərbaycanda yeni hərbi attaşesi müdafiə nazirinə təqdim olunub
# 21 sentyabr 2016 11:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə hər iki ölkənin silahlı qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri və regiondakı hərbi-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.

Sonra səfir Gürcüstanın ölkəmizdə yeni təyin olunan hərbi attaşesi, polkovnik Giorgi Kvirikaşvilini Azərbaycanın Müdafiə nazirinə təqdim edib.

Müdafiə naziri hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik edərək ona ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR