Avqustda problemli kreditlərin həcmi 6%-ə yaxın artıb

Avqustda problemli kreditlərin həcmi 6%-ə yaxın artıb
# 04 oktyabr 2016 14:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin sentyabr ayının 1-nə 1 mlrd. 592,9 mln. manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu illik müqayisədə 259,3 mln. manat və ya 19,44% çoxdur.

Bu ilin iyul ayı ilə müqayisədə avqustda problemli kreditlərin həcmi 88,5 mln. manat və ya 5,88% artıb.

Hesabat dövründə milli valyutada 8 755,1 mln. manatlıq kredit verilib ki, bunun da 754,8 mln. manatının və ya 8,62%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 8 084,5 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 838 mln. manat və ya 10,37% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 47,39%, xarici valyutada isə bu göstərici 52,61% təşkil edir.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 9,46 təşkil edir. Xatırladaq ki, iyulda bu göstərici 9% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR