Noyabrda Azərbaycanda 0,4% inflyasiya qeydə alınıb

Noyabrda Azərbaycanda 0,4% inflyasiya qeydə alınıb
# 14 dekabr 2015 07:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,9% bahalaşıb, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4% bahalaşıb.

Ay ərzində düyünün, un, toyuq əti, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, üzüm, xiyar, pomidor, badımcan, bibər, lobya, kartof, soğa, sarımsağın qiymətlərində bahalaşma, qarabaşaq yarması, mal və qoyun əti, limon, portağal, naringin, alma, heyva, banan, xurma, kələm, göyərti, balqabaq, çuğundur, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR