Vakant vəzifələrin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib

Vakant vəzifələrin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib
# 11 mart 2016 09:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) məlumat verilib.

DQMK tərəfindən 11 mart 2016-cı il tarixdən 71 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 319 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 36 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 174-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 144-ü isə məhkəmə hakimiyyəti orqanlarının aparatındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 11 mart 2016-cı il tarixdən 11 aprel 2016-cı il tarixdə saat 18:00-dək Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə doldurmalı və qeydiyyatdan keçməlidirlər. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla da təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 11 mart 2016-cı il tarixdən 30 mart 2016-cı il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 11 mart 2016-cı il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.csc.gov.az verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR