Ankarada partlayış törədən qadın terrorçunun kimliyi müəyyənləşib - YENİLƏNİB

Ankarada partlayış törədən qadın terrorçunun kimliyi müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 14 mart 2016 12:04 (UTC +04:00)

Bakı-APA. Ankara terrorunu törədən tələbə qızın fotosu yayılıb.

APA-nın “Reuters”ə istinadənə xəbərinə görə, kamikadze-terrorçu 1992-ci ildə Qars şəhərində anadan olub. Balıkəsir Universitetində turizm və otelçilik üzrə təhsil alan Səhər Çağla Dəmir PKK terror təşkilatının üzvüdür. Ailəsi 2013-cü ildə qızın itkin düşməsi barədə polisə müraciət edib. Araşdırma nəticəsində onun PKK silahlılarına qoşularaq, dağa çıxdığı müəyyənləşib. Daha sonra Balıkəsirə qayıdan tələbə qız yaxalanıb və haqqında cinayət işi başlayıb.

***

11.04

Bakı-APA. Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.

Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.

İlkin məlumata görə, Səhər Çağla Dəmir və bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.

Xatırladaq ki, bu, son 5 ayda Ankarada törədilən 3-cü partlayışdır. Ötən il oktyabrın 10-da törədilən partlayışda 107, bu il fevralın 17-də törədilən partlayışda isə 29 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR