Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib

Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib
# 23 fevral 2016 21:11 (UTC +04:00)

Bakı-APA. Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin mətbəxində 2 kv.m sahədə döşəmə yanıb. Yanğının kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Quliyev Təhməz Təbriz oğlunun yanmış cəsədi aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR