Şirvanda 4 mənzildən oğurluq edən şəxs tutulub

Şirvanda 4 mənzildən oğurluq edən şəxs tutulub
# 05 avqust 2016 11:33 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində mənzillərdən oğurluq edən 24 yaşlı Bakı sakini polis tərəfindən saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mənzillərdən oğurluq edən, əvvəllər məhkum olunmuş Bakı sakini, 1992-ci il təvəllüdlü Əliyev Mahir Əflan oğlu şübhəli şəxs qismində saxlanılıb. Aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, M. Əliyev müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus mənzillərə daxil olaraq oradan 8460 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlayıb.

M. Əliyev Şirvan sakinləri Zülfəli Cəbiyevə 590 manat, Taleh İbadova 650 manat, Həsənov Ədalət Adil oğluna 3470 manat və onun qardaşı Həsənov Mirdadaş Adil oğluna 3750 manat dəyərində maddi ziyan vurub.

Polisdən o da bildirilib ki, M. Əliyev çoxsaylı oğurluq əməllərinə görə Bakının Binəqədi rayon Polis İdarəsi tərəfinfən axtarışda olub.

Faktla bağlı Şirvan ŞPŞ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR