Göyçayda yararsız vəziyyətə düşən körpü bərpa edilib

Göyçayda yararsız vəziyyətə düşən körpü bərpa edilib
# 23 iyul 2016 08:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Göyçay rayonu Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyindən Aşağı Qaraməryəm kəndinə gedən 4-cü texniki dərəcəli yolda Dəvəbatan çayı üzərində yerləşən körpü qısa müddət ərzində bərpa edilərək vətəndaşların istifadəsinə verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən xəbərə görə, ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir.

Hadisə baş verən kimi dərhal əraziyə “Azəravtoyol” ASC-nin rəhbərliyinin tapşırığı ilə canlı qüvvə və texnika cəlb olunub. Dağılmış körpünün dayaqlarından biri yenidən inşa edildi, digərində isə əlavə bərkitmə işləri aparılıb. Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilərək üzərisi isə asfaltlanıb.

Qeyd edək ki, Dəvəbatan çayı üzərində yerləşən körpü ötən əsrin 70-ci illərində inşa edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR