“Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən tapança və qumbara tapılıb

 “Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən tapança və qumbara tapılıb
# 04 dekabr 2015 10:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən xeyli sayda silah-sursat tapılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.


Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR