Daimi Nümayəndəlik: “Dondurulmuş" münaqişələr ATƏT-in birbaşa diqqət mərkəzində olmalıdır”

Daimi Nümayəndəlik: “Dondurulmuş" münaqişələr ATƏT-in birbaşa diqqət mərkəzində olmalıdır”
# 24 fevral 2016 08:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Gürcüstan müdafiə naziri Tinatin Xidaşelinin qurumun Təhlükəsizlik Əməkdaşlığı üzrə Forumunun iclasında çıxışı ilə əlaqədar yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Azərbaycanla Gürcüstan qarşılıqlı maraqları, ortaq məqsədləri olan strateji tərəfdaşlardır və bu əlaqələr Cənubi Qafqaz regionunda dinamik iqtisadi inkişafa, siyasi sabitliyə gətirib çıxarıb. “Ölkələrimiz arasında hərbi əməkdaşlıq Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən onlarla ikitərəfli sənədin effektiv həyata keçirilməsi, habelə hərbi strukturlarımız arasındakı yüksək səviyyəli təmaslar mühüm əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstan-Azərbaycan hərbi əlaqələri çoxtərəfli formatlarda da genişlənir və praqmatik regional əməkdaşlıq vasitəsilə sülh və sabitlik üçün təkanverici qüvvə qismində iştirak edir. Bu kontekstdə Türkiyə- Gürcüstan-Azərbaycan üçtərəfli formatın dinamikliyindən razıyıq. 2014-cü ildə Naxçıvanda müdafiə nazirlərinin ilk görüşü Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verib. Ötən il Türkiyədə “Qafqaz qartalı” adlı birgə hərbi təlimlər keçirilib və bu təcrübənin gələcəkdə də davam etdiriləcəyinə ümid edirik”, - deyə Daimi Nümayəndəliyin bəyanatında qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR