“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 455 dəfə artıb

“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 455 dəfə artıb
# 12 aprel 2016 07:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin birinci rübündə “Ziraat Bank Azərbaycan” ASC-nin aktivləri 114 mln. 896,36 min manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfelinin həcmi 20 mln. 653,79 min manat təşkil edib. Qeyd edək ki, ötən ilin I rübündə bank kredit verməyib.

Hesabat dövründə bankın öhdəlikləri kəskin artıb. Belə ki, ötən ilin I rübündə bankın öhdəlikləri 129,2169 min manat olduğu təqdirdə, cari ilin aprelin 1-ə bu göstərici 58 mln. 788,67 min manata çatıb. Beləliklə, öhdəliklər 1 il ərzində 455 dəfə artıb.

Bankın depozit portfelinin həcmi 18 mln. 847,31 min manatdır. Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövrü ərzində bank cəmi 10 min manat depozit cəlb edə bilib.

Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişilməz olaraq 50 mln. manat təşkil edib. Əvəzində, məcmu kapital 11,1% artaraq 56 mln. 97,69 min manata çatıb.

Bu ilin ilk üç ayını bank 1 mln. 995,24 min manatlıq mənfəətlə yekun vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR