Yaponiyanın cənubunda 236 yeraltı təkan qeydə alınıb

Yaponiyanın cənubunda  236 yeraltı təkan qeydə alınıb
# 16 aprel 2016 05:38 (UTC +04:00)

Bakı-APA. Son iki sutka ərzində Yaponiyanın cənubunda 236 yeraltı təkan qeydə alınıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş Meteorologiya idarəsi bildirib.

“Hazırda Küsü adasının Aso, Kumamoto və Oita prefekturalarında seysmoloji aktivlik müşahidə edilir. Burada ümumilikdə 236 yeraltı təkan qeydə alınıb”, idarənin məlumatında deyilir.

Aprelin 14-də Küsü adasının qərb hissəsindəki Kumamoto prefekturasında 6,5 bal gücündə zəlzələ baş verib. Nəticədə 9 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb. Aprelin 15-də isə həmin ərazidə dağıntılarla müşahidə olunan 7,3 bal gücündə zəlzələ olub. Son məlumatlara əsasən, 13 nəfər təbii fəlakətin qurbanı olub, 800 nəfər xəstəxanalara yerləşdirilib. Bu gecə isə Küsü adasının şərq bölgəsində yerləşən Oita prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.

Yerli mütəxəssislər yeraltı təkanların bir neçə gün davam edəcəyini ehtimal edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR