Fuad Qəhrəmanlının vəsatəti təmin edilməyib

Fuad Qəhrəmanlının vəsatəti təmin edilməyib
# 25 yanvar 2016 13:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatət üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq həbs edilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR