Neftçala sakini intihara cəhd edib

Neftçala sakini intihara cəhd edib
# 05 dekabr 2015 16:25 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb. Həmin kəndin sakini, 44 yaşlı Niyazi Məmməd oğlu Piriyev axşam saatlarında damda özünü asaraq intihara cəhd göstərib. Yaxınları bundan vaxtında xəbər tutub və onu dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər Niyazi Piriyevin həyatını xilas edə bilib. Hazırda o, xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib. İntihara cəhdin əsl səbəb hələlik məlum deyil.

Faktla bağlı Neftçala prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR