Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib

Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib
# 12 mart 2016 15:02 (UTC +04:00)

Bakı-APA. Gənc Tamaşaçılar Teatrında Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib. APA-nın xəbərinə görə, tədbirdə yazarın qələm dostları, oxucular iştirak edib. Qan Turalı bu kitabın onun yaradıcılığında önəmli yer tutduğunu deyib: "Roman iki paralel süjetdən ibarətdir. Birinci süjetdə qədim Azərbaycan tarixi ilə bağlı hadisələr işıq üzü görür. Müasir roman isə bir yazıçı haqqındadır və hər iki hissə üzvi şəkildə bir-birinə bağlıdır. Bu romana özüm də çox inanıram və ümid edirəm ki, bu roman Azərbaycan oxucusunun da zövqünü oxşayacaq”.

Qeyd edək ki, romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib, yaza bilmədiyi romanının adından götürülüb. “Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.

Kitabın redaktoru Səhər Əhməddir.

Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR