Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Azərbaycan millisinin heyətində dəyişiklik edilib
# 17 may 2016 14:20 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov Avstriyaya aparılmayacaq.

Gənc futbolçu zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə isə baş məşqçi Robert Prosineçki “Kəpəz”in üzvü Budaq Nəsirova dəvət göndərib.

Qeyd edək ki, millimiz mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək və 3 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR