Qazaxıstan Azərbaycanın ekstremizmlə mübarizə təcrübəsini öyrənir

Qazaxıstan Azərbaycanın ekstremizmlə mübarizə təcrübəsini öyrənir
# 10 dekabr 2015 12:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Biz terror fəaliyyətinə cəlb olunan şəxslərin vətəndaşlıqdan məhrum edilməsi ilə əlaqədar Azərbaycanın təcrübəsini öyrənir”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dini məsələlər üzrə komitəsinin rəhbəri Qalım Şoykin bildirib.

“Biz ekstremizmlə mübarizədə beynəlxalq təcrübəni öyrənirik. Məsələn, hazırda terrorçuluqla məşğul olanların vətəndaşlıqdan məhrum edilməsi məsələsini müzakirə edirik. Azərbaycan bu yaxınlarda ölkə xaricində terrorçuluqla məşğul olan şəxslərin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib”, - deyə Q. Şoykin qeyd edib.

Bununla yanaşı, o, digər üsul kimi terror fəaliyyətinə cəlb olunan vətəndaşların hərəkətinin məhdudlaşdırılması üçün onların pasportlarından məhrum edilməsi məsələsinin də nəzərdən keçirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR