Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiası əsasında məhkəmə prosesi təxirə salınıb

Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiası əsasında məhkəmə prosesi təxirə salınıb
# 19 may 2016 12:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmli İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna R. Rəcəbovun vəkili Elnur Quliyevin prosesdə iştirak etməməsi səbəb olub. Proses mayın 25-dək təxirə salınıb.

Qeyd edək ki, Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Q. Məhərrəmli iddia ərizəsində "AzTV"nin barəsində çəkdiyi videoda R. Rəcəbovun ona qarşı təhqir səsləndirdiyini bildirib. Səbael rayon Məhkəməsi isə ərizəni baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR