Azərbaycanda səhmdar cəmiyyətlərin dövriyyədən çıxarılan səhmləri ilə bağlı qaydada dəyişiklik edilir

Azərbaycanda səhmdar cəmiyyətlərin dövriyyədən çıxarılan səhmləri ilə bağlı qaydada dəyişiklik edilir
# 09 sentyabr 2016 11:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılması qaydalarında dəyişiklik edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 16.2.4-cü maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair müvafiq icra hakimiyyəti orqanının arayışı yox, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun arayışı tələb olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR