Gürcüstanda güclü külək fəsadlar törədib

Gürcüstanda güclü külək fəsadlar törədib
# 18 fevral 2016 14:32 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün səhərdən başlayaraq Gürcüstan ərazisində əsən güclü külək bir çox fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisdəki Tamaraşvili küçəsində güclü külək ağacları qırıb, avtomobillərə zərər dəyib və elektrik dirəkləri əyilib.

Kaxetinin Telavi rayonunda külək evlərin damını uçurub, ağacları kökündən çıxarıb və elektrik enerjisinin nəqlində fasilələr yaranıb. Kaxeti qubernatoru İrakli Şiolaşvili dəyən ziyanın məbləğinin hesablanmasına başlandığını bildirib.


Qeyd edək ki, güclü külək Siqnaxi, Axmeta və azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp) bölgələrində də əhalini işıqsız qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR