Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina edib

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina edib
# 18 fevral 2016 18:39 (UTC +04:00)

Bakı-APA. “Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa hazır deyil”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr bildirib.

“Əlavə hasilatdan söhbət gedirsə, əgər digər istehsalçılar məhdudiyyət qoymaq istəyirlərsə və ya hasilatın “dondurulmasına” dair razılığa gəliblərsə, bu, bazara təsir edə bilər. Lakin Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa hazır deyil”, deyə Adil Əl Cübeyr qeyd edib.

Qeyd edək ki, fevralın 16-da Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR