Bakı sakinlərini bıçaqlayan şəxslər saxlanılıb

Bakı sakinlərini bıçaqlayan şəxslər saxlanılıb
# 08 dekabr 2015 07:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda adam bıçaqlayan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayon 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 5-də Müşfiqabad qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Vüqar Bəşirova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Rövşən Ağacanov, Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 7-də I Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlü Rövşən Ağayevə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İlqar Vəliyev saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR