MM sədrinin müraciəti əsasında Zahid Oruca şifahi töhmət elan olunub

MM sədrinin müraciəti əsasında Zahid Oruca şifahi töhmət elan olunub
# 28 iyun 2016 13:42 (UTC +04:00)

Komissiyanın sədri Ağacan Abiyev APA-ya bildirib ki, iclasda spiker Oqtay Əsədovun müraciəti əsasında MM-in son iclasında deputat Zahid Orucla onun arasında baş verən mübahisə müzakirə olunub. İclasda Z. Oruca irad bildirilib və şifahi töhmət elan edilib.

Qeyd edək ki, iyunun 24-də MM-in növbədənkənar sessiya çərçivəsindəki son iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb. Oqtay Əsədov Zahid Orucu iclası pozmaqda, nizam-intizama əməl etməməkdə ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR