Əskişəhərdə Qarabağ və Gəncə prospektlərinin açılışı olub

Əskişəhərdə Qarabağ və Gəncə prospektlərinin açılışı olub
# 24 may 2016 13:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Türkiyədə - Əskişəhərdə Qarabağ və Gəncə adı verilən prospektlərin təntənəli açılış mərasimi keçirilib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasim türk dünyasında həyatını itirən şəhidlərin və terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, İstiqlal Marşı və Azərbaycan Dövlət Himinin səsləndirilməsi ilə davam edib.

Açılışda Afyonkarahisar vilayətinin Əmirdağ rayonunun Davulqa bələdiyyəsinin sədri Salih Gündoğan, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın və başqaları çıxış edərək, iki dövlət arasında möhkəm dostluq, qardaşlıq münasibətlərindən danışıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

Tədbirdə Anadolu və Azərbaycan folklorundan nümunələr, milli musiqilər və rəqslər ifa olunub. Sonra prospektin açılışı həyata keçirilib də qırmızı lent kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR