OPEC bu gün sutkalıq neft hasilatının 1 mln. barrel azaldılmasını müzakirə edəcək

OPEC bu gün sutkalıq neft hasilatının 1 mln. barrel azaldılmasını müzakirə edəcək
# 28 sentyabr 2016 09:49 (UTC +04:00)

Bakı - APA-Economics. OPEC-ə üzv olan ölkələrin nümayəndələri bu gün Əlcəzairdə keçirilən iclasda il ərzində sutkalıq hasilatın 1 mln. barrel azaldılmasını müzakirə edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Təklif olunur ki, Səudiyyə Ərəbistanı sutkalıq hasilatı 400 min barrel azaltsın. Avqustda krallıq sutkada təxminən 10,6 mln. barrel neft hasil edib.

Mənbə bildirir ki, İrana sutkalıq hasilatı 3,7 mln. barrel səviyyəsində dondurulmasını təklif olunur. Bu isə avqust ayının göstəricisindən bir qədər çoxdur.

"İnandırıcı deyil ki, bu gün keçiriləcək qeyri-formal görüşdə bu plan razılaşdırılsın. OPEC üzvləri yalnız noyabr ayında keçiriləcək növbəti rəsmi iclasın ssenarisi ətrafında müzakirələr aparacaq", - deyə mənbə əlavə edib.

Bu planın qəbulu neftin qiymətlərinə dəstək istiqamətində atılacaq ilk konkret addım olacaq. Bundan başqa, plan qəbul olunarsa, bu o deməkdir ki, bazar payını qorumaqda israrlı olan Səudiyyə Ərəbistanı öz sərt mövqeyindən çəkiləcək.

İranın isə reaksiyası hələ də məlum deyil. İran sutkalıq hasilatı təxminən 4 mln. barrelə çatdırmağı planlaşdırıb.

Ötən gün İranın neft naziri Bijan Namdar Zənganə bildirib ki, qarşıdan gələn görüşdə sırf məsləhətləşmələr aparmaq niyyətindədir və hasilatın dondurulması ilə bağlı hər hansı qərara dəstək verməyəcək.

OPEC tərəfindən sutkalıq hasilatın 1 mln. barrel azaldılması ucuz neft dövründə yığılan ehtiyatların da azalmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR