Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytının yeni versiyasının təqdimatı keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytının yeni versiyasının təqdimatı keçirilib
# 19 oktyabr 2015 12:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “mct.gov.az” rəsmi internet saytının yeni versiyasının və elektron xidmətlər portalının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müasir dövrdə internet resurslarından istifadənin vacibliyindən, mədəniyyətlə bağlı məlumatların ictimaiyyətə əlverişli şəkildə çatdırılmasının zəruriliyindən danışıb.

Nazir qeyd edib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları istifadəyə verilən saytın xəbərlərindən faydalanmalı, əməkdaşlıq əlaqələrini genişləndirməlidirlər.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qeyd edib ki, növbəti ildən nazirliyinin rəsmi internet resursunun mobil versiyası hazırlanacaq.

Şöbə müdirinin sözlərinə görə, nazirliyin Cağrı Mərkəzinin də yaradılması planlaşdırılır.

Qeyd edək ki, saytın yeni versiyası gələn həftə işə salınacaq.

Əvvəlki versiyadan fərqli olaraq, yeni versiya daha işləkdir, burada müxtəlif bölmələrə, eyni zamanda sosial şəbəkələrə keçid sürətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR