Moskvada hərbi paradın baş məşqi keçirilib

Moskvada hərbi paradın baş məşqi keçirilib
# 07 may 2016 12:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moskvada Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibətilə təşkil olunacaq hərbi paradın baş məşqi keçirilib.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, təntənəli mərasim üçün son məşq Qızıl meydanda yerli vaxtla saat 10:00-da başlayıb.

Məşqdə 10 min hərbçi, 135 döyüş maşını, 100-dən çox uçuş aparatı iştirak edib.

Yürüşə Quru Qoşunları komandanı, general-polkovnik Oleq Salyukov komandanlıq edib, müdafiə naziri Sergey Şoyqu isə məşqi qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR