Naxçıvanda nazirliyin adı dəyişdirilib, dövlət agentliyi ləğv edilib 

Naxçıvanda nazirliyin adı dəyişdirilib, dövlət agentliyi ləğv edilib 
# 18 fevral 2016 22:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılıb. V. Talıbovun fərmanı ilə Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi də ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR