İranın Şərqi Azərbaycan vilayətinin valisi Gəncəyə səfər edib - VİDEO

İranın Şərqi Azərbaycan vilayətinin valisi Gəncəyə səfər edib - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2015 14:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

APA-nın qərb bürosunun məlumatına görə, nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə bu ilin fevral ayında qardaşlaşan Gəncə ilə Təbriz şəhərləri arasında əlaqələrdən danışılıb. Gəncədə Təbriz, Təbrizdə Gəncə günlərinin təşkili, hər iki şəhərdə istehsal olunan məhsulların sərgisi, müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub. E. Vəliyev Gəncə ilə Təbriz arasında əlaqələrin daha da genişləndiriləcəyini və bundan sonra Təbrizdə istehsal olunan məhsulların Gəncədə sərgilənməsinə üstünlük veriləcəyini bildirib. İ. Cabbarzadə isə iki şəhər arasında təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıqların qurulmasını, elmi konfransların keçirilməsini, iki qardaş şəhər arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsini arzu etdiklərini bildirib. Təbriz Universiteti ilə Gəncə Dövlət Universiteti, Təbriz Tibb Universiteti ilə Gəncə xəstəxanaları, kənd təsərrüfatı sahəsində isə ADAU ilə əməkdaşlıq qurulması nəzərdən keçirilib.

Görüşdən sonra qonaqlar Gəncədəki Təbriz küçəsində, Heydər Əliyev park-kompleksində olub və “İmamzadə” dini-memarlıq kompleksini, “Nizami” məqbərəsini ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR