Nazir: “Gülənin verilməməsi ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir edər”

Nazir: “Gülənin verilməməsi ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir edər”
# 02 avqust 2016 11:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Türkiyə FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin həbs ilə bağlı ABŞ-a ikinci dəfə yazılı müraciət edib.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Nazir müraciətdə Gülənin ABŞ-da həbs olunmasını istədiklərini deyib: "Əslində, doğru olan Fərullah Gülənin Türkiyəyə ekstradisiyasıdır. Gülənin Türkiyəyə verilməmısi ABŞ-la münasibətlərə mənfi təsir edər".

Qeyd edək ki, bu il iyulun 15-də FETÖ terror təşkialtı Türkiyədə dövlət çevrilişinə cəhd edib, nəticədə yüzlərlə insan ölüb, minədək şəxs yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR