"Microsoft" və "Facebook" Atlantik okeanı üzərindən internet kabeli çəkir

"Microsoft" və "Facebook" Atlantik okeanı üzərindən internet kabeli çəkir
# 27 may 2016 11:16 (UTC +04:00)

Bakı - APA-Economics. "Microsoft" və "Facebook" Atlantik okean üzərindən internet kabelinin çəkilməsinə start verib.

"APA-Economics" xəbər verir ki, bu barədə hər iki şirkətin rəsmiləri CNN telekanalının efirində bildirib.

Bildirilir ki, "Marea" adlanan kabelin ötürücülük qabiliyyəti saniyədə 160 terabit təşkil edəcək.

İspaniyanın "Telefonica" şirkəti layihənin üçüncü tərəfdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR