Bakıda ilk dəfə tanqo gecəsi keçiriləcək

Bakıda ilk dəfə tanqo gecəsi keçiriləcək
# 23 avqust 2016 14:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 2-də Bakıda ilk dəfə tanqo gecəsi keçiriləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, YARAT FreeStyle və yeni açılmış Bakı Tanqo Məktəbinin təşkil edəcəyi gecədə Maxo Martirena və Rodriqo Fonti iştirak edəcək.

Maxo Martirena (Uruqvay) və Rodriqo Fonti (Argentina) yeni yaradıcılıq səyahətinə çıxıblar. Bu səyahətdə onlar müxtəlif obrazları, onların canlandırılması yollarını davamlı şəkildə araşdırır. Onlar dünyanın bir çox şəhərlərində keçirilən tanqo festivallarında rəqqas kimi çıxış etməklə yanaşı, peşəkar tanqo dərslərinin tədrisi ilə də məşğul olurlar.

Tanqo rəqsləri gecəsinə giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR